Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 15:19

AzadliqLive - Nazirlər həm də futbol oynaya bilmir

AzadliqLive-da iyulun 5-də bu və digər mövzuları müzakirə edirik.

01:43 3.7.2015

Facebook "Ayka Namazqılanka" kimi profilləri siləcək

Facebookun "real ad" qaydasını Mark Zuckerberg yenə izah etməli olub. Bunu yazan Fortune jurnalı hesab edir ki, yenə suallar qalır. Zuckerberg yazır ki, real ad təkcə pasportda olan ad deyil. Ola bilər, dostlarınız sizi başqa adla çağırır, əgər bu, belədirsə,bu, real addır və həmin adı yazmaq olar. Ancaq qondarma adlı profillər real ad siyasətinə ziddir.

12:39 3.7.2015

Modern.az : "Xəzər adaları" Hacı İbrahim Nehrəmlidən alındı. Nehrəmli təkzib edir

modern.az saytı yazır ki,Hacı İbrahim Nehrəmli ona məxsus “Xəzər Adaları”nı Beynəlxalq Banka borcunun bir hissəsi kimi banka təklif edib.Qiymətləndirmədən sonra “Xəzər Adaları” layihəsi üzərində Hacı İbrahim Nehrəmlinin mülkiyyətçiliyi ləğv edilib.

Nehrəmli isə Publika.az-a açıqlamasında yayılan məlumatların tamamilə yalan və cəfəngiyat olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankında “Xəzər adaları” ilə bağlı elə böyük girovu yoxdur

“Xəzər Adaları” hal-hazırda tikilən, Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir.

13:01 3.7.2015

Tİ: Korrupsiya ilə mübarizədə irəliləyiş yoxdur

Azərbaycan da daxil, 5 Şərqi Avropa ölkəsində korrupsiya ilə mübarizədə irəliləyiş yoxdur, bu isə demokratik uğuru əngəlləyir və Avropa Birliyi ilə daha geniş iqtisadi və siyasi əməkdaşlığa zərbə vurur. Transparency International təşkilatı Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada korrupsiya ilə mübarizə aparan onlarla qurumun işini dəyərləndirib. Bu ölkələr gələn 5 il ərzində AB-dən azı 16.6 milyard dollarlıq yardım alacaqlar.Ancaq təşkilat yazır ki, bu pulun korrupsionerlərin cibinə gedəcəyi riski böyükdür.

14:28 3.7.2015

Cüdo yığması kimononu öz puluna alırmış

Cüdo üzrə Azərbaycan yığmasının üzvü Ayşə Qurbanlı deyib ki, «Bizdən heç kim medal gözləyə bilməzdi. Axı nəticə qazanmaq üçün gərək təlim-məşq toplanışı keçirəsən. Yarış günü tatamiyə çıxmaq üçün kimano verməli idilər. Təsəvvür edin ki, biz düşüb ondan-bundan kimono axtarırdıq. Öz pulumuza gedib aldıq ki, kimanosuz qalmayaq. Kim bizdən nəticə tələb edə bilər ki?»

Davamı

XS
SM
MD
LG