Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 14:03

AzadliqLive - Nazirlər həm də futbol oynaya bilmir

AzadliqLive-da iyulun 5-də bu və digər mövzuları müzakirə edirik.

14:56 2.7.2015

669 uşağı xilas etmiş "İngilis Şindleri" vəfat etdi

"İngilis Şindleri" adını alan Nicholas Winton 106 yaşında öldü. Nasistlərin tutduğu Çexoslovakiyada London Birjası üçün işləyən Nicholas Winton 1939-cu ildə qatarla əsasən yəhudi olan 669 uşağı Britaniyaya qaçıra bilib.

17:51 2.7.2015

42 dərəcə istidə işləmək olarmı?

İyulda Bakıda 38-40, bölgələrdə 40-42 dərəcə isti gözlənilir. “Əmək qanunvericiliyinə görə istilik 41 dərəcə selsidən artıq olduqda açıq havada, günəş altında işləmək olmaz. 41 dərəcə birmənalı şəkildə qəbul olunub. Ya fasilə verilir, ya da iş tamamilə dayandırılır. Fasilə verilərsə, fasilə iş vaxtına daxil edilir və əməkhaqqı ödənilir. İş tamamilə dayandırılanda da əmək haqqının üçdə iki hissəsindən az olmayaraq yenə də işləyənə əmək haqqı ödənməlidir. Əgər işə götürən normaları pozursa, bu əmək qaydalarının pozulması kimi qiymətləndirlir, 1000 manatdan 2000 manata qədər cərimə olunur”.

17:57 2.7.2015

BBC 1000 işçini ixtisar edir

Britaniyanın BBC media korporasiyası 1000 işçisini ixtisar edir. Buna səbəb televiziyadan gəlirlərin nəzərdə tutulduğundan 150 milyon funt sterlinq az olmasıdır. BBC-də 16 min adam işləyir. İxtisar 50 milyon funt sterlinqə qənaət deməkdir. Bu isə o deməkdir ki, yenə ixtisar olacaq.

18:08 2.7.2015

Pul çapına maşın yoxdur

Yunanıstan öz pulunun- draxmanın çapına qayıda bilməz, çünki belə çap maşını ölkədə artıq yoxdur. Bunu maliyyə naziri Yanis Varufakis deyib. O bildirib ki, Yunanıstan 2000-ci ildə avroya keçəndə ölkə hakimiyyəti tələsib, bütün pul çapı maşınlarını məhv etdi. İndi biri də qalmayıb.

Davamı

XS
SM
MD
LG