“Məni döydülər, qollarımı, ayaqlarımı qandalladılar. İnsana yaraşmayan bütün hərəkətləri etdilər”.
Keçmiş məhbus Orxan Eyyubzadə sonradan saxlandığı Baki İstintaq Təcridxanasında da ağır işgəncə metodlarından – qolları qandallayıb başı suya salmağa qədər müxtəlif üsullardan istifadə edildiyini söyləyir. Onun sözlərinə görə, əgər məhbuslar şikayət etsə, daha ağır cəza ilə cəzalandırıla bilər.
Nazirlik: "WhatsApp" problemi Azərbaycanla bağlı deyil
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda “WhatsApp”da yaranan problemlə bağlı məlumat yayıb: Azərbaycanda “WhatsApp” messencerinin işində müşahidə olunan problemlərin ölkənin mobil rabitə operatorları və rabitə administrasiyası ilə bağlılığı yoxdur.Yerli mobil operatorların təmsilçiləri də bu problemlərin onların şəbəkəsi ilə bağlı olmadığını qeyd edib.Onların araşdırmasına görə, hazırda “WhatsApp” messenceri Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya kimi ölkələrdə, eləcə də Cənubi Amerikada, Hindistanda, Avstraliyada problemlərlə işləyir və ya ümumiyyətlə işləmir.
Daha bir işadamı həbs olundu
Azərbaycan Beynəlxalq Bankından götürülən külli miqdarda vaxtı keçmiş kredit borcu ilə əlaqədar daha bir iş adamı həbs edilib. Bu, APA-nın məlumatına görə, "General Construction" şirkətlər qrupuna daxil olan şirkətlərdən birinin direktoru Camal Həsənovdur. O, 178-ci (dələduzluq) maddə ilə təqsirləndirilir. Onun barəsində məhkəmədə həbs-qətimkan tədbiri seçilib.
İyulun 1-də AzadliveRadioda bu mövzuları müzakirə etdik:
Həbsxanalarda vəziyyət, rayon maşınlarının Bakıya buraxılmaması, Whatsapp problemi, ABŞ-da və Azərbaycanda könüllülüyün fərqləri, Azərbaycanın yerli taxılı