Azərbaycanlı nazirlər futbol oynadı, 2:6 uduzdu
Bakıda Azərbaycanın nazir və deputatlarından ibarət yığma Rusiyalı nazir və deputatların yığması ilə futbol oynayıb. aznews.az xəbər verir ki, Azərbaycan komandasının heyətində millət vəkilləri Fazil Mustafa, Adil Əliyev, Təhsil naziri Mikayıl Cabbarov, İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, baş nazirin müavini Yaqub Eyyubov, Prezident Administrasiyasının şöbə müdüri Azər Əmiraslanov, AFFA-nın baş katibi Elxan Məmmədov oynayırdı. Oyun 2:6 qurtarıb.
Azərbaycanda Facebook passivləşir,Twitter fəallaşır
Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı 2015-ci ilin yanvar-iyun aylarında 5,3 faiz aşağı düşüb. Bunu Trend “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.2015-ci il ilk 6 ayının nəticələrinə görə, Azərbaycanda sosial şəbəkələr arasında “Twitter” auditoriyasında 70,1 faiz artım qeydə alınıb. 2015-ci il iyulun 1-nə bu şəbəkənin ölkə bazarında payı 9,58 faizdir. Birinci yerdə isə Facebook-dur- 83 faiz.Azərbaycanda 1,93 faizlik payla üçüncü yerdə “Pinterest” qərarlaşıb. Daha sonra “Tumblr” (1,83 faiz), “Google+” (1,54 faiz), “Vkontakte” (1,01 daiz), “StumbleUpon” (0,49 faiz) və b. gəlir.
Bakıda maşını həftədə yalnız 3-4 gün sürmək mümkün olacaq
Bakıda tixacları aradan qaldırmaq üçün Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim olunan bəzi təkliflərin təfərrüatları məlum olub. “Trend”ə verilən məlumata görə, təkliflər sırasında dünyada olduğu kimi, dövlət qeydiyyat nömrəsindəki tək və cüt rəqəmlərə görə avtomobillərin hərəkətinin tənzimlənməsi də var: həftənin cüt günləri dövlət qeydiyyat nömrəsi tək rəqəmlə bitən avtomobillərin, tək günlərdə isə cüt rəqəmlə bitən avtomobillərin şəhərin mərkəzində hərəkətinə icazə veriləcək. Digər bir təklif şəhərdə nəqliyyatın hərəkətinin sıx olduğu ərazilərdə avtomobillərin hərəkətinə ümumiyyətlə qadağa qoymaqdır.
Etirazçılar hökumətə 2 gün vaxt verdi
Yerevanda etirazçılar hökymətə iyulun 6-sı axşamadək vaxt verib: 3 tələbdən “heç olmasa biri” yerinə yetirilməsə, barrikadaları prezident iqamətgahına yaxınlaşdırmağa başlayacaqlar. 3 tələb budur: işığın qiymətini qaldırmaq qərarı ləğv edilsin, etirazçılara zorakılıq edənlər cəzalansın, işıq tarifləri azaldılsın.