Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:50

AzadliqLive - Nazirlər həm də futbol oynaya bilmir

AzadliqLive-da iyulun 5-də bu və digər mövzuları müzakirə edirik.

23:42 4.7.2015

3D printerdə çap olunan ilk super avtomobil

Divergent Microfactories şirkəti dünyada 3D printerdə çap olunmuş ilk super avtomobili başa çatdırmaq üzrədir. Bu məlumatı verən şirkət rəhbəri maşının nümunəsini nümayiş etdirir

22:35 4.7.2015

Obama necə oxudu (video)

Barack Obama "Amazing Grace" mahnısını oxudu. Eyni mahnını pianoda keçmiş Dövlət katibi Condoleeza Rice da çaldı.

İndi isə pianoda keçmiş Dövlət Katibi C.Rise

16:45 4.7.2015

Saakashvili:10 hektar da ayaqyolu olar?

Odessa qubernatoru Mixeil Saakaşvili vilayətin 20 məmurunu işdən qovub. O deyib ki, Odessa regionunda rüşvət vermədən torpaq sahəsi və tikintiyə razılıq almaq mümkün deyilmiş.O region rəhbərləri ilə iclasda deyib

"bu gün Serqeevkada olmuşam. Oradakı ən yaxşı parkı yerli rayon administrasiyasının və yerli şuranın nümayəndələri hissələrə bölüblər. Bütün torpaq zəbt edilib. Bir yerdə prokuror villa tikdirir – üzü birbaşa çimərliyədir, limanadır, digər yerdə - merin dostu ayaqyolunu özəlləşdirib”.

Saakaşvili əlavə edib ki, "vətəndaş ayaqyolu ilə birgə çimərliyə doğru 10 hektar ərazini ələ keçirib və bina tikir, hansı ki, ayaqyolu parametrləri ilə qətiyyən uyğun gəlmir".

11:07 4.7.2015

"Kapital Banka" hücum

Media məlumatlarına görə Kapital Bankın Abşeron filialına gecə basqın olub. DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov mediaya açıqlamasında bildirib ki, bankda baş verən basqın faktı bir qədər təhrif olunub: “Əslində isə filialın Hikmət Əliyev adlı sürücü-inkasatoru oğurluq etmək məqsədi ilə iş vaxtı içəridə gizlənib. Onun məqsədi bankda oğurluq olub. Ancaq iş vaxtından sonra mülki mühafizəçi Hamlet Şıxəliyev gecə saatlarında içəridən gələn səsi eşidib və Hikmət Əliyevin içəridə olduğunu görüb. Sürücü-inkasator mühafizəçiyə bıçaqla hücum edib. Onlar əlbəyaxa olublar. Bu zaman filialın mühafizəçisi Hamlet Şıxəliyevin üzərindəki silah açılıb və mühafiçəzi özünü yaralayıb. Hikmət Əliyev isə qaçıb”.

Ehsan Zahidov qeyd edib ki, hadisə baş verəndən dərhal sonra polis Hikmət Əliyevi saxlayaraq istintaqa təhvil veriblər.

Davamı

XS
SM
MD
LG