Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:32

Dilənçinin arzuları...


Arxiv fotosu
Arxiv fotosu

-

"Bu dəqiqə biri çıxa, deyə, gedək sənə iş verim, bir otaq verim, qaça-qaça gedərəm. Uşaqları yığaram başıma... Səhər işimə, axşam balalarımın yanına..."

"BU ŞƏHƏRDƏ QAPAZALTINA ÇEVRİLMİŞİK"

Dilənmək 27 yaşlı Səidənin əsas məşğuliyyətidir. Günün altında mis kimi qaralmış 3 və 6 yaşlı iki qız övladı ilə ictimai nəqliyyatlarda dilənir. Çox vaxt avtobusun getdiyi istiqaməti belə bilmədən minir. Qazancınıbu nəqliyyat vasitələrində axtarır.

"Yoxeee, həyatımı düzəltməliyəm. Bu uşaqların həyatını düzəltməliyəm. Uşaqlarım da, özüm də qapazaltına çevrilmişik bu şəhərdə..."

3 ay əvvəl ictimai nəqliyyatda döyülüb.

"Axşam saatları idi. Uşaqlarla avtobusa mindim. İkisi də ac idi. Kişiyi ağlayırdı. Bir sərxoş kişi yanındakı tanışına uşağımı göstərib dedi ki, yaxşı fikirləş, bu uşağın atası sən deyilsən ki? Sənə yaman bənzəyir. Mən də ona söydüm. Yerindən qalxıb alnımın ortasından yumruq ilişdirdi. O biri sərxoş kişi də belimə əl atdı. Əlini geri itələdim. Mənə yumruq atan kişi ağlayan uşağımın boğazından yapışdı. Adamlar gördülər bunlar əl çəkmir, qarışdılar, əllərindən aldılar məni də, uşaqları da..."

Ətrafdakılar dada yetişincə qadın döyülüb. O, başına gələnləri köməksizliyi ilə bağlayır.

İSTƏKLƏRİ...

İstəyi minimum əmək haqqı ödənilən iş, daldalanmaq üçün kiçik daxmadır. Bir də ki deyir, dəyib-dolaşmasınlar.

"Siyəzəndənik. Evimiz olub, yoldaşımın dostu başını tovlayıb, evimizi qoyub banka girov, pul götürüb. Sonra da xəbər tutduq ki, bizim kimi çoxunu aldadıbmış. Qaçıb gedib Rusiyaya. Bank bizi atdı çölə. Yoldaşım 2012-də - mən bu kiçiyimi doğandan 2 ay sonra vərəmdən öldü. Evdən çıxarılandan sonra bir tövləyə sığınmışdıq. Uşaqlıqda da vərəm keçirmişdi. Şəraitsizlikdən xəstəliyi oyandı. Müalicəyə pul olmadı, xəstəliyi dərinləşdi, öldü..."

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov dilənçilərlə bağlı "Report.az" saytına bildirib ki, inzibati metodları işə salmaq daha məqsədəuyğundur: "Dilənçiləri məskunlaşdıqları rayona göndərmək və orada işlə təmin etmək lazımdır.

Millət vəkilinin təklifi ilə dilənçi qadının istəkləri necə də üst-üstə düşür...

XS
SM
MD
LG