Bakı-2015 I Avropa Oyunlarının boks yarışlarında azərbaycanı təmsil edən Teymur Məmmədov finala çıxıb.
81 kq çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov yarımfinalda rusiyalı Pavel Silyagini, hər 3 raundda məğlub edərək (29:28; 29:28; 29:28), finala vəsiqə qazanan ilk Azəebaycan boksçusu olub.
Teymur Məmmədov Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya çempionatının kümüş mükafatçısıdır.
O finalda italiyalı Valentino Manfredonia ilə qarşılaşacaq.
Döyüş iyunun 25-i saat 19:00-da olacaq.