Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 00:36

Azərbaycan boksçusu zədəyə görə bürüc aldı


Foto arxiv

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov zədəyə görə Avropa Oyunlarında yarışı dayandırmalı olub.

91 kq çəki dərəcəsində mübarizə aparan boksçu yarımfinala çıxmaqla, ən azı bürünc medalı təmin edib.

Amma zədəyə görə yarımfinala qatıla bilməyəcək.

İkiqat dünya və Avropa çempionu, Olimpiadanın bürünc mükafatçısı Məcidov sabah rusiyalı Qasan Qimbatovla görüşməli idi.

Məşqçisi Nəriman Abdullayev zədənin ciddi olduğunu deyir.

Məcidov 1/4 finalda türkiyəli Əli Dəmirəzənlə görüşdə başından zədə alıb.

Bakı-2015-də yarımfinala 11 Azərbaycan boksçusu çıxıb.

XS
SM
MD
LG