Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

Mülkü dağıdıb yerində park salıblar [Fotolar]


Fəvvarə
Fəvvarə

-

Keçmiş deputat Hüseyn Abdullayevin valideynlərinə məxsus olduğu bildirilən, keçən ilin noyabrında uçurulan əmlakın yerində aparılan tikinti işləri sona çatıb. İndi bu ərazidə park yerləşir.

Yusif Səfərov küçəsindəki bu park Bakı şəhər İcra Hakimiyyəti başçısının 18.11.2014-cü il tarixli 542 saylı sərəncamı ilə salınıb.

MÜLK NECƏ PARK OLDU

Hüseyn Abdullayevin valideynlərinə məxsus olduğu bildirilən mülk keçən il noyabrın 18-də bir gecədə sökülmüşdü. Bundan sonra Hüseyn Abdullayev sosial şəbəkədə baş verənləri ailəsinə qarşı təzyiq kampaniyası kimi qiymətləndirmişdi. Bildirmişdi ki, «Azərbaycanda mövcud olan despot rejim mənə və ailə üzvlərimə qarşı yeni təzyiq kampaniyasına start verdi. Hakimiyyət nümayəndələri ata-anamın şəxsi mülkü olan bir binanı qanunsuz şəkildə uçurmağa başladılar. Bunun məqsədi məndən intiqam alaraq, başqalarına gözdağı verməkdir».

Park
Park

Hüseyn Abdullayev uçurulan mülk haqqında fikirlərini belə bitirilmişdi: «Əllərindən nə gəlirsə, etsinlər. Hətta gedib ailəmə aid nə mülk varsa, söksünlər, yaxud zəbt edib ələ keçirsinlər. Onsuz da gec- tez haqq-ədalət öz yerini tutacaq və illər boyu Azərbaycanda mülkiyyət hüququ pozulmuş insanlar öz əmlaklarının əsl sahibi olacaqlar. Buna heç kimin şübhəsi olmasın».

Yusif Səfərov küçəsindəki ikimərtəbəli bina sökülməmişdən əvvəl brend mağazalara icarəyə verilirdi. Obyektin anbar kimi istifadə edilən geniş sahəsi də olub.

Park
Park

PARK

İndi həmin mülkün yerində mərkəzində iri fəvvarə olan park salınıb. Parkda küknar, qovaq ağacları, ağacların ətrafında gül-çiçək əkilib. Skamyaların və zibil qablarının üstündəki məlumatdan Serbiya istehsalı olduğu görünür.

Parkda əsasən ətraf binaların sakinləri dincəlir.

DEPUTATLIQDAN «SUSMA»YA QƏDƏR

2013-cü ildə Hüseyn Abdullayevin «Susma» marşı sosial şəbəkələrdə yayılandan sonra ona və ailəsinə təzyiqlərin artdığı bildirilir.

Hüseyn Abdullayev
Hüseyn Abdullayev

2007-ci ildə Milli Məclisin deputatı olanda Hüseyn Abdullayev hökumətin hesabatının əvvəlcədən deputatlara paylanmamasına etiraz etmişdi. Bundan sonra onun hökumətlə yolları ayrılmışdı.

Həmin iclasda Hüseyn Abdullayev demişdi ki, «nə vaxta qədər bizi təhqir edəcəklər? Hətta sorğularımıza da cavab vermirlər». Deputat həmkarı Fəzail Ağamalı ona «otur aşağı!» deyəndən sonra hər iki deputat əlbəyaxa olmuşdu.

Bundan sonra Hüseyn Abdullayevin mandatı əlindən alınmışdı. Bir müddət sonra isə həbs edilmişdi.

Həbsdən sonra o, xaricə gedib, hazırda Almaniyada yaşayır.

XS
SM
MD
LG