Avropa Liqasının ilk təsnifat mərhələsində Monteneqroda keçirilməsi nəzərdə tutulan "Mladost" - "Neftçi" görüşünün yeri dəyişdirilib.
Bu barədə Qol.Az-a "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
UEFA-nın qaydalarına görə, bir şəhərin 2 klubueyni gündə öz meydanında oyun keçirə bilməz.
Bakının "İnter" klubunun da Avropa Liqasındakı oyunu eyni günə düşdüyündən klubların razılığı əsasında ilk görüş Bakıda keçiriləcək.
Görüş İyulun 2-i saat 21:00-da 8-ci kilometr qəsəbəsində baş tutacaq.