Keçid linkləri

2017, 20 Fevral, Bazar ertəsi, Bakı vaxtı 07:58

ABŞ-da “Titanik” və “Avatar” filmləri də daxil olmaqla 100-dən çox filmə mahnı yazan bəstəkar James Horner təyyarə qəzasında həlak olub.

“Variety” jurnalının yaydığı məlumata görə, Hornerin şəxsi təyyarəsi iyunun-22-də Kaliforniya ştatının Santa-Barbara şəhəri yaxınlığında qəzaya düşüb.

Horner James Cameronun “Titanik” filminə yazdığı"My Heart Will Go On" musiqisinə görə Oskar mükafatı alıb.

O həmçinin “Qızıl qlobus” və”Qremmi” mükafatlarına layiq görülüb.

Bəstəkarın 61 yaşı var idi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG