Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:25

Bütöv xarakterləri necə yaratmalı?


-

"Gənc yazıçıların həyatlarında olan zəngin emosiya damarlarını xarakterlərin dilinə təcümə edə bilməməsi məni təəccübləndirir."

"Ömrünün sonunda uşaqlıq dostlarına “gözəlliklərə”, “qısnamalara”, “gombul” ayamasına görə, “ona bir yazıçının ehtiyacı olan insan tipləri” verdiklərinə görə, təşəkkür edirdi."

Gənc yazıçılara məsləhətlər

Yazmaq sənəti rubrikasında bu həftə yazıçı David Corbett-in “The Art of Character” (Xarakter incəsənəti) kitabından (2013, Penguin) bir hissəni təqdim edirik.

Xarakterləri yaratmaq heç də mistik deyil

Xarakterlər adlandırdığımız maraqlı fenomenin mənbəyi və dəqiq təbiəti mistik bir şey olaraq qalır, amma onu yaratmaq məsələsi heç də mistik deyil.

Xarakter fikrimizdə tam formalaşmış şəkildə canlanırsa, buna görə bizi təbrik eləmək olar, amma reallıq budur ki, çoxumuz üçün bu, nadir hadisədir.

Xaraktelərimizi ətə-qana gətirmək üçün müəyyən texnikalara ehtiyacımız var. Xarakterlərimizin canlanması, aydınlaşması, öz-özləri üçün hərəkət etməyə başlamasından ötrü biz şüuraltımızı, yaddaşımızı, təxəyyülümüzü və Muza ilham pərimizi çək-çevir eləməli oluruq.

Hər bir uğurlu romana xas olan bu proses sıxlaşdırılıb bir metoda çevrilə bilərmi?

Mənim yazıçı və yaradıcılıq müəllimi olaraq təcrübəmə görə, bəli. Açar – xarakterlərinin həyata gəlmək üçün səndən nə tələb etdiklərini anlamaq və min quyudan su daşıyaraq, onlara gərək olanı verməkdir.

Uğurlu xarakterin xarakteristikası

Ən uğurlu xarakterlər daxilən sabit, eyni zamanda təəccübləndirmək bacarığı olan xarakterlərdir.

Bütöv xarakterləri yaratmaq incəsənəti dörd vacib elementə ayrıla bilər:

Onun irəliləmək ehtiyacı, arzusu, iddiası və məqsədi nə qədərdir; onun sirri nədir; ziddiyyəti və həssasiyyəti nə qədərdir. Gəlin hər birinə yaxından baxaq.

İstək. Xarakterlər mövzusunda başlıca həqiqət budur: Onlar nə isə istəməlidirlər. İstək nə qədər güclüdürsə, nəticədə doğan drama da o qədər uğurlu olur.

Ona görə ki, istək münaqişə doğurur, ilkin “Getdik e!” kimi bir vəziyyət formalaşır ki, bu da xarakterin formalaşdığı məqamdır.

Bir xarakterə sadəcə dərin, oturuşmuş ehtiyac və ya istək verməklə sən avtomatik olaraq, münaqişəni yaratmış olursan. Çünki biz istəklərimizin cavabının ümid etdiyimiz kimi alınmadığı dünyada yaşayırıq.

Sirr. Xarakter üçün sirr fiziki və ya psixoloji cəhətdir, yaxud da keçmişdən bir hadisədir, o açılsa, xarakterin bütün dünyasını dəyişdirəcək: iş yoldaşlarını, qonşuları, dostları, ailəni, sevgilini. Sirlər bizə xarakterlərinizin itirə biləcəyi şeylər və onların səbəbi haqda məlumat verir.

Biz insanlar sirləri başa düşməkdə yaxşıyıq. Çünki öz sirlərimizi, onların bizim davranışımızı necə dəyişdirdiyini, bizi necə qorxmağa vadar etdiyini bilirik.

Ziddiyyət. Hamımız utancaq və eyni zamanda kobud, əzazil, eyni zamanda zarafatcıl, ağldankəm, eyni zamanda xeyirxah adamlar tanıyırıq. Bu mürəkkəblik özünü stress və münaqişə vaxtı daha aydın göstərir, insanı proqnozlaşdırılmaz edir, oxucunu isə “Bəs indi nə olacaq” marağı içində saxlayacaq heyrətamiz davanış mərhələri qurmağa kömək edir.

Bizim hiss və düşüncələrimiz qeyri-arıdıcıllığa, nəsə uyğun gəlməyən, məna verməyən şeylərə fokuslanmağa meyllidir.

Bu, bizə ibtidai insanların ətraf mühiti təhlükələrə qarşı yoxladığı dövrlərdən qalmış, təkamüldə - adaptasiya nəticəsində öyrəndiyimiz xüsusiyyətdir

Həssasiyyət. Xarakterin ən çox cəlb edən xüsusiyyəti onun həssasiyyətidir. İnsanların yaralananda köməyə ehtiyacları olması əsas insan refleksdir. Biz özümüz də qorxuruq və sair. Həssasiyət xarakterin sirrindən də doğa bilər. İstəklərimiz də bizi ən ağlasığmaz addımlar atmağa vadar edir...

Xarakterləri dərinləşdmək yolları

Adətən xarektlər hekayənin ideyası ilə eyni vaxtda ağlımıza gəlir. Amma ideya ilə eyni vaxtda yaranan xarakterlər dayaz, ikiölçülü olur. Ona görə ki, ilk mərhələdə onlar “hekayədən kənar” ehtiyacları və qorxularıyla, təsirləri və narahatlıqlarıyla müstəqil varlıq olmaqdansa, bir rolu doldurmaq məqsədinə qulluq edirlər.

Bütöv xarakterlər sənin süjet maşınının təkərciyi olmamalıdır; onlar başına hekayə gələn insanlardır. Bəzi hekayələr xarakterlə başlayır, təhkiyə onların ehtiyaclarının, sirlərinin, ziddiyyətlərinin və üzləşdikləri bəzi problemlərin tədqiqi ilə başlanğıc götürür.

Xaraktelər dramanın ehtiyat oyunçular rolundan qurtarılmalıdır. Bunun ən yaxşı yolu həyatımızda tanıdığımız insanların təcrübəsidir.

Amma çox vaxt meynstrim nəsrdə, xüsusən janr nəsrində roman hekayənin ideyası ilə başlanır ki, onda da xarakterlər dramanın ehtiyat oyunçuları rolundan qurtarılmalıdır. Bunun ən yaxşı yolu həyatımızda tanıdığımız insanların təcrübəsidir.

Həyati xarakterlər

John Updike həyatının sonuna yaxın “Peggy Lutz, Fred Muth” alı şeir yazmışdı, orada o, uşaqlıq dostları və sinif yoldaşlarına – “gözəlliklərə”, “qısnamalara”, “gombul” ayamasına görə, “ona bir yazıçının ehtiyacı olan insan tipləri” verdiklərinə görə, təşəkkür edirdi.

Bilib-bilməməyimizdən asılı olmayaraq, bizim beynimiz və ürəyimiz axtardığımız xarakterlərlə doludur, biz onları hissələrə ayıra və müxtəlif variasiyalarda istifadə edə bilərik.

Tanıdığın insanların adlarını yaz, onları yadına sal, fiziki görkəmlərini, sənə etdikləri təsiri, onları tanımayanlara təsvir etməli olsaydın, barələrində nə deyə biləcəyini düşün.

Öz tədqiqatına bunları daxl et:

Yaxın hiss etdiyin ailə üzvü

Xoşlamadığın ailə üzvü

Əlaqəni itirdiyin uşaqlığının yaxın dostu

Əlaqə saxladığın uşaqlıq dostu

Keçən həftə yolunun kəsişdiyi yad adam

Şəxsən tanıyıb sevdiyin adam

Şəxsən tanıyıb qorxduğun adam

İtmiş məhəbbətin

İtirmək istədiyin məhəbbətin

İlk məhəbbətin

Ən böyük məhəbbətin

Uşaqlıq düşmənin

İndiki düşmənin

Uşaqlıqda səni bezdirən adam

İndi səni bezdirən adam

Sevimli qonşun

Sevmədiyin qonşun

Sevimli iş yoldaşın

Gündəlik xırda iş münasibətində olduğun poçtalyon kimi adam

Sənə ilham verən böyük adam

Xoşladığın uşaq

Gizlicə sevdiyin və ya seksual cazibə hiss etdiyin adam

Səni sevdiyini düşündüyün adam

Sənə inanan adam

Sənin uğursuz səfehin biri olduğunu düşünə adam

Siyahı uzadıla bilər, onu yalnız bir yazıçının kəşfiyyatçılıq dərəcəsi məhdudlaşdıra bilər.

Tanıdığımız bütün o adamları xarakterlərə çevirməyin dəyəri onları artıq yaxşı tanımış olmağımızdadır.

Ancaq bəzən biz istəmədən eyni bir xarakterin variasiyaları arasında dolaşırıq — həddən artıq qoruyucu valideyn, tələbkar sevgili, dözülməz saxtakar, yaxud da tənha xala...

Emosional tətik

Biz onlar haqda əlbəttə, çox şey bilirik, amma hər şeyi bilmirik. Bu səbəbdən onlar xarakterlərimiz üçün əla, amma qeyri-mükəmməl materiallardır. Biz öz həyatımızı da nəzərə almalıyıq, ən azı başlanğıc nöqtə kimi və xarakterin daxili aləmi kimi.

Çox vaxt yazıçıların, daha da çox gənc yazıçıların həyatlarında olan zəngin emosiya damarlarını xarakterlərin dilinə təcümə edə bilməməsi məni təəccübləndirir.

Bir xarakterin həyatında tədqiq etməli olduğunuz başlıca emosional hadisələ bunlardır:

Ən böyük qorxun. Bizim bütün uğursuzluğumuz, kədərimiz əsas qorxumuzla bağlı olur.

Ən cəsarətli anın

Ən kədərli anın

Ən böyük sevinc anın

Ən pis uğursuzluğun

Ən çox utanc duyduğun an

Özünü ən çox günahkar hiss etdiyin an

Nəyi bağışlamış, amma unutmamısan

Bunları yazarkən gənc yaızçılar adətən “ən böyük “ sözündə ilişirlər. Bu lazımsız məqamda ilişmə. Əvəzində bir çox qorxular arasından birini, ən çox yadında qalanı götür.

Öz həyatında yaşadığın bu hissləri aydın şəkildə kağızda göstərmək sənə çaya girəndə ayağını qoymq üçün düzülmüş daşlar kimi, ayaq qoymağa yerlər verir, portret cızmaq üçün vacib ipucları verir.

Bunları qabaqcadan özün üçün aydınlaşdırmaq sənə sonradan hekayənin içində xarakterinə belə suallar verəndə cavabsız qalmamağa kömək edəcək:

Hara gedirsən? Niyə? Necə gedəcəksən ora? Kiminlə? Səyahətin tamamlananda kim olacaqsan?

Oxu zalı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG