Keçid linkləri

2025, 27 Dekabr, şənbə, Bakı vaxtı 05:18

AzadliqLive -"20 yanvarın təşkilatçısı" öldü

AzadliqLive-da iyunun 26-da bu və digər mövzuları müzakirə edirik. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda insan haqlarının durumu müzakirə edilir.

22:31 23.6.2015

Düzəliş üstündə mübahisə

Debat bitdi. Amma hesabatın Dağlıq Qarabağ hissinə düzəlişlər səsə qoyulub. Hesabatdan "Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və 7 rayon" sözü çıxarıldı. Səməd Seyidov bu düzəlişlərdən narahatlığını bildirib: "Kifayətdir. Kifayətdir. Bu qədər də olmaz daha".

22:21 23.6.2015

"Söhbət həm də həbsdəkilərin sağlamlığından gedir"

Lise Christoffersen (solda)
Lise Christoffersen (solda)

Norveçli deputat Lise Christoffersen:

"Kimsə Azərbaycanı Avropa Şurasına üzv olmağa məcbur etməyib. Söhbət təkcə hüquq müdafiəçisi, jurnalistlərin həbsindən yox, həm də onların sağlamlığından gedir. Mən bilmək istəyirəm ki, Azərbaycan Avropa Şurasına niyə üzv olub?"

22:14 23.6.2015

"İqtidar vətəndaş cəmiyyətindən qorxur"

Marieluise Beck
Marieluise Beck

Almaniyalı deputat Marieluise Beck:

"Burda söhbət Azərbaycan siyasi məhbusun olub-olmamasından və ya neçə nəfər olmasından getmir. Əsas müzakirə mövzusu odur ki, Azərbaycan iqtidarı vətəndaş cəmiyyətindən qorxur, onları həbs edir. Çalışmalıyıq ki, Rusiyadakı Maqnistki hadisəsi təkrarlanmasın. Leyla və Arif Yunusları da eyni aqibət gözləyə bilər"

21:58 23.6.2015

Erməni deputat etiraz edir

Erməni deputat Arpine Hovhannisyan: "Burada niyə Dağlıq Qarabağ münaqişəsi haqda kifayət qədər danışılmadığı soruşulur. Bu hesabat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyil, demokratik institutların vəziyyəti haqdadır. Mən həmməruzəçilərdən soruşmaq istəyirəm ki. niyə bu hesabat birtərəfli hazırlanıb. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən söhbət belə gedə bilməz"

Davamı

XS
SM
MD
LG