Keçid linkləri

2025, 27 Dekabr, şənbə, Bakı vaxtı 07:10

AzadliqLive -"20 yanvarın təşkilatçısı" öldü

AzadliqLive-da iyunun 26-da bu və digər mövzuları müzakirə edirik. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda insan haqlarının durumu müzakirə edilir.

21:48 23.6.2015

"Niyə Qarabağdan danışmırlar?"

Səməd Seyidov
Səməd Seyidov

"İnsan haqları haqda danışanlar niyə ön cəbhədə öldürülənlər haqda danışmır?".

Bunu isə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib:

"Azərbaycanda insan haqlarının durumunu tənqid edənlər öz ölkələrinə baxsınlar. Biz antikorrupsiya, şəffaflıqla bağlı qanunlar qəbul edirik, amma tənqid edilirik".

21:40 23.6.2015

"Bəzi qüvvələr Azərbaycana qara yaxır"

Rəfael Hüseynov
Rəfael Hüseynov

Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynov bildirib ki, Azərbaycan çiçəklənir, inkişaf edir. Amma bəzi qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirir:

"Biz bunu Eurovision oyunları ərəfəsində də görmüşdük. I Avropa Oyunları ərəfəsində də gördük".

21:34 23.6.2015

Dinara Yunus da dinləmələrə qatılıb

Arif, Leyla və Dinara Yunuslar
Arif, Leyla və Dinara Yunuslar

Avropa Şurası Parlament Assambleyasındakı dinləmələrə həbsdə olan hüquq müdafiəçiləri Leyla və Arif Yunusların qızı Dinara Yunus da qatılıb.

Çıxışlarda belə fikir də səslənib ki, Azərbaycan hakimiyyəti hüquq müdafiəçilərini "vergidən yayınma, vəzifə səhahiyyətlərindən sui-istifadə və digər qondarma maddələrlə həbsə atıb".

21:28 23.6.2015

"Bu, 20 illik təcrübəmdə ən çətin hesabat idi"

"Çətin mövzu idi. Üstəlik də emossiya ilə doludur. Mən 2015-ci ildən Azərbaycan üzrə həmsədr seçilmişəm. Bir neçə dəfə səfərdə olduğum ölkə haqda hesabat hazırlamaq o qədər də asan deyildi".

Bunu Azərbaycan üzrə həmməruzəçi Tadeusz Iwinski deyib. O, Azərbaycanda həbs olunan hüquq müdafiəçiləri, vəkillər və jurnalistlər haqda danışıb.

Davamı

XS
SM
MD
LG