Keçid linkləri

2025, 27 Dekabr, şənbə, Bakı vaxtı 09:11

AzadliqLive -"20 yanvarın təşkilatçısı" öldü

AzadliqLive-da iyunun 26-da bu və digər mövzuları müzakirə edirik. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda insan haqlarının durumu müzakirə edilir.

21:16 23.6.2015

"Bu hesabatda həqiqətlər yer alıb"

Pedro Agramunt
Pedro Agramunt

"Bu hesabat balanslı hazırlanıb. Orada ancaq həqiqətlər yer alıb. Biz bu hesabatı kimlərinsə təzyiqi altında hazırlamamışıq. Bu hesabat Avropa dəyərlərinə uyğun olaraq hazırlanıb".

Bunu Avropa Şurasında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabatı müzakirəyə çıxarılan həmməruzəçi Pedro Agroumunt deyib.

21:11 23.6.2015

İyunun 23-də AzadlıqLive-da radioda bu mövzular müzakirə olundu:

Freedom House: Azərbaycanda vəziyyət Belarusdakından pisdir

Oruc tutmaq üçün şərait tələb edəni karserə salırlar

Manata hələ ki, təhlükə yoxdur- İqtisadçı Samir Əliyevlə söhbət

AŞPA-da Azərbaycandakı vəziyyət müzakirə olunur

19:18 23.6.2015

Irminger: Avropa Şurasının Azərbaycana münasibəti dəyişib

İnsan Haqları Evi Fondunun Cenevrə ofisinin rəhbəri Florian İrminger AzadlıqRadiosuna: "Avropa Şurası liderlərinin Azərbaycana baxışı dəyişib: Əvvəllər onlar deyərdilər ki, Azərbaycan gənc demokratiyadır, doğru istiqamətdə gedir. İndi isə onlar deyirlər ki, ölkənin həll olunmalı ciddi problemləri var. Bütün bunlar müsbət dəyişikliklərdir və hesab edirəm ki, Azərbaycan hökumətini doğru istiqamətə yönəldəcək”.

18:56 23.6.2015

Bağlanışda Madonna?

Avropa Oyunlarının bağlanışında kim oxuyacaq? Qafqazinfonun əldə etdiyi məlumata görə, Madonna və ya Adelin iştirak edəcəyi gözlənilir. Müğənninin kimliyini təşkilat komitəsi sirr kimi saxlayır.

Davamı

XS
SM
MD
LG