AŞPA-da dinləmədə:
Azadlıq Radiosunun regional proqram rəhbəri Kənan Əliyev AŞPA-da dinləmədə deyib: "Avropa liderlərinin əksəriyyəti Avropa Oyunlarını boykot etdilər.Azərbaycanın insan haqları problemi ölkənin daxili işi deyil. Azərbaycanda həbs olunanlar üçün Avropa ayağa qalxmalıdır.Onların burda iştirak edə bilməməsi Avropa İnstitutlarının səhvləri ucbatından baş verir."
AŞPA-da dinləmədə:
Human Rights Watch-dan Giorgi Gogia deyib: "Bir il bundan əvvəl hazırda həbsdə olan şəxslər Rəsul Cəfərov, İntiqam Əliyev və digərləri bizimlə burda Avropa Şurasında idilər.İndi onlar vaxtilə Avropa Şurasında olmağın hesabını verirlər- öz azadlıqları hesabına.Düz bir il əvvəı İlham Əliyev AŞPA –da çıxış etdi, ona çətin sual verənləri “yalançı” adlandırdı.Əgər prezident hörmətli AŞPA deputatları ilə belə davranırsa, onda bizim həmkarlarımızla necə davranacaq?İndi baş verənlər görünməmişdir. Son 25 ildə ildə ilk dəfədir ki, Human Rights Watch –un ölkəyə girişi yoxdur."
Arif Yunusun qızı: “Atamın ölümü haqda şaiyələr gəzir”
Həbsdəki hüquq müdafiəçiləri Leyla və Arif Yunusun qızları Dinara Yunus Avropa Şurası Parlament Assambleyasında “Azərbaycanda insan haqları pozuntuları ili” mövzusunda keçirilən dinləmələrdəki çıxışında deyib ki, atasının ölümü haqda şaiyələr gəzir. O, anasının bir gözünü itirdiyini də bildirib. Dinara Yunus çıxış edərkən ağlayıb.
"Açıq Kitab" e-kitabxana
Tərcümə Mərkəzinin“Açıq kitab” elektron kitabxanası işə salındı. Kitabxana bu günə qədər ölkə üzrə Azərbaycan dilinə tərcümə olunan əsərləri arxivləşdirməklə yanaşı, elmi, bədii, texniki və digər sahələr üzrə ədəbiyyatların, mətn və materialların kataloqunu özündə cəmləyir. www.achiqkitab.az