Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:55

AzadliqLive -"20 yanvarın təşkilatçısı" öldü

AzadliqLive-da iyunun 26-da bu və digər mövzuları müzakirə edirik. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda insan haqlarının durumu müzakirə edilir.

23:24 26.6.2015

İsa Qəmbər: "Primakov 20 yanvar faciəsinin təşkilatçısıdır"

"Primakov Azərbaycan tarixində “20 Yanvar” faciəsinin, cinayətinin əsas təşkilatçısı kimi qalır və qalacaq”.Bunu Azadlıq Radiosuna İsa Qəmbər deyir.

23:23 26.6.2015

Primakov öldü

Rusiyanın keçmiş baş naziri və XİN rəhbəri olmuş Yevgeni Primakov 86 yaşında öldü. 1990-cı ildə qanlı yanvardan qabaq Bakıya Kremlin nümayəndəsi kimi məhz Primakov gəlmişdi. Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991-1996), xarici işlər naziri (1996-1998), baş nazir (1998-2000) işləyib.

“1990-cı illərdə Qorbaçov, Yazov və Primakov Azərbaycanı bölüşdürmüşdülər və bunu rəsmiləşdirmək istəyirdilər. Azərbaycana radikal İslam damğası vuraraq buranı dağıtmaq istəyirdilər”. APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu il 20 Yanvar şəhidlərinin yaxınları ilə görüşdə demişdi.

Cəmil Həsənlinin yazısından : 1990-cı il " Yanvarın 14-də bazar günü Primakovun və digər Moskva nümayəndələrinin iştirakı ilə respublika rəhbərliyinin toplantısı keçirildi. Vəzirov vəziyyət haqqında məlumat verdi. Primakov şəhərdəki erməni talanları ilə maraqlandıqda “Azərinform”un sədr müavini S.Perets öldürülən ermənilərin sayı barədə məlumat verib və əlavə etdi ki, “hələ Xalq Cəbhəsinə çox sağ ol deyin ki, öz xalqının simasını qoruyub saxlayaraq, ermənilərin bərəylə təxliyyəsini təşkil edib. Yeri gəlmişkən, sizin yerinizə... Yoxsa, öldürülənləri onlarla deyil, yüzlərlə sayardınız”. Bu sözləri eşidəndə Primakov əsəbi formada dedi ki, “bəsdir!”"

21:04 26.6.2015

İyunun 26-da AzadlıqLive-da radioda bu mövzuları müzakirə etdik:

Amerikanın Dövlət Departamentinin hesabatı Azərbaycanı sərt tənqid edir- Azərbaycanda reaksiyalar

20 yanvar qırğını ərəfəsi Bakıya gəlmiş Primakov öldü-İsa Qəmbərlə müsahibə

Azərbaycan hara gedir? Zərdüşt Əlizadə və Ərəstun Oruclunun cavabları

İyunun 26-sı narkomaniya ilə mübarizə günüdür – Azərbaycanda 30 min narkoman var

19:18 26.6.2015

İyunun 28-də Bakıda Avropa Oyunlarının bağlanış mərasimi belə olacaq

Davamı

XS
SM
MD
LG