Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:45

AzadliqLive -"20 yanvarın təşkilatçısı" öldü

AzadliqLive-da iyunun 26-da bu və digər mövzuları müzakirə edirik. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda insan haqlarının durumu müzakirə edilir.

18:51 26.6.2015

5 ulduzlu hotelə hücumda 27 adam öldürülüb

Tunisdə 5 ulduzlu hotelə hücum olub, ən azı 27 adam ölüb. Sousse regionundakı kurorta hücumu DİN "terror"adlandırıb. İmperial Riu Marhaba hotelinə hücumda ölənlər arasında xaricilər də var.

18:04 26.6.2015

Keçmiş narkoman: "Bu günə qayıtmağım 4 il çəkdi"

“Narkotika qəbul eləməyə başlayanda 20 yaşım vardı. İndi 28. Müalicəyə 24 yaşımdan başladım. Bu günümə qayıtmağım düz 4 il çəkdi. Bu 4 ildə bir yorulmayan anam oldu. İki aydan sonra ailə quracağam. Məni o bataqlıqdan anam çəkib çıxartdı. Hamı anasına borcludur, mən isə beşqat, onqat borcluyam”.26 İyun narkomaniya ilə mübarizə günüdür

17:25 26.6.2015

Almatıda "AST Telmanı"ın bazarında atışma

Qazaxıstanın Almatı şəhərindəki “İpək yolu” ticarət yarmarkasında iyunun 25-də axşam polislə silahlı qruplaşma arasında atışma olub. Virtualaz.org saytı qazax mənbələrinə istinadən xəbər verir ki, xüsusi təyinatlı qüvvələrin dəstəyi ilə polis silahlı ekstremist qruplaşmanın üzvlərini həbs etmək üçün əməliyyat keçirib, bu zaman atışma baş verib.Qruplaşmanın kimliyi barədə məlumat verilmir, ancaq onların hamısının “saqqallı olduğu” bildirilir.Ehtimal olunur ki, söhbət radikal dini qrup üzvlərindən gedir. Atışma nəticəsində bir qrup üzvü öldürülüb, biri yaxalanıb. Polislər arasında itki yoxdur.

“İpək yolu” yarmarkasında əsasən avtomobil ehtiyat hissələri satılır. Bir neçə il əvvəl yarmarkanın adı “AST Avrasiya” idi , indi isə adı dəyişib. Yarmarka Azərbaycan əsilli milyarder Telman İsmayılova və onun Qazaxıstandan olan ortağına - oliqarx Aleksandr Maşkeviçə məxsusdur.

17:24 26.6.2015

Azərbaycanda 30 minə yaxın narkoman var

Son 5 ildə isə narkotik istifadəçilərinin sayı 3 mindən çox artıb

Davamı

XS
SM
MD
LG