İyunun 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən-buludlu, əsasən yağmursuz olacaq.
Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunun məlumatına görə, gecə 23-24, gündüz 28-32 dərəcə isti olacaq.
Abşeron çimərliklərində suyunun istiliyi 23-24 dərəcə olacaq.
Sabah bölgələrdə də hava əsasən yağmursuz olacaq, amma bəzi dağ rayonlarda qısa müddətli yağış gözlənilir.
Gecə 18-23, gündüz 32-37, dağ rayonlarda isə gecə 11-16, gündüz isə 22-27 dərəcə isti gözlənilir.