Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 16:08

Macarıstan parlamentinin sədri Bakıdadır


Macarıstan Milli Assambleyasının sədri Laslo Köver Azərbaycana səfərə gəlib.

Onu Hava Limanında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıb.

Laslo Köver jurnalistlərə açıqlamasında bildirib ki, səfərdə məqsəd iki ölkə arasındakı əlaqələr və parlamentlərarası münasibətləri daha da inkişaf etdirməkdir.

Onun səfər çərçivəsində prezident İlham Əliyev, baş nazir və milli məclisin sədri ilə görüşləri nəzərdə tutulub.

Laslo Köver ilk Avropa oyunları münasibəti ilə Azərbaycanı təbrik edib və ailəsi ilə birlikdə oyunlara baxacağını deyib.

Səfər çərçivəsində onun macarıstanlı idmançılara görüşü də nəzərdə tutulur.

XS
SM
MD
LG