Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:42

Morsiyə 25 il də verildi


Mohamed

Misirin devrilmiş prezidenti Mohammad Morsi ömürlük həbsə məhkum edilib.

O Həmas və Hizbullah qrupları, habelə İranla əlbir olmaqdatəqsirli bilinib.

Misirdə ömürlük həbs, 25 il həbs cəzası deməkdir.

Məhkəmə həmçinin iyunun 16-da 16 nəfərə kəsilmiş ölüm hökmünü təsdiqləyib.

Onlar 2005-2011-ci illərdə xaricə məxfi məlumatlar ötürməkdə ittiham olunurlar.

Qərarlardan şikayət verilə bilər.

Morsi həmçinin başqa bir iş, aksiyaçıların ölümü ilə nəticələnən zorakılıqlara görə, 20 il həbs cəzasına məhkum edilib.

Seçki yolu ilə prezident olan 63 yaşlı Morsi 2013-cü ilin iyulunda hərbi çevrilişlə hakimiyyətdən kənarlaşdırılıb.

XS
SM
MD
LG