Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

"Ulysses" kitabı çəkic altındadır


-

Ədəbiyyat bazarında hadisə

1935-ci ildə fransız modernist rəssamı Henri Matisse-dən xahiş ediblər ki, Amerikanın "Limited Edition” Klubunun abunəçiləri üçün James Joyce-un “Ulysses” romanına illüstrasiya çəksin. Özü də 1000 nüsxənin hər birinə!

Matisse bunu edib. Həmin kitablardan 250-sini isə James Joyce şəxsən imzalayıb.

İndi onların hər ikisinin imzaladığı surətlərə 6 minlə 8 min funt sterlinq arasında qiymət qoyulub.

Böyük rəssamla böyük yazıçının bu əməkdaşlığının bəhrəsi 24 iyunda Bonhams Nadir kitablar və əlyazmalar auksionuna çıxarılacaq.

Auksiona çıxarılan növbəti əsər “Ulysses”-in müəllifi tərəfindən fransız ədəbiyyatı tərcüməçisi Lewis Galantiere üçün şəxsən imzalanmış nüsxəsidir.

1922-ci ilin 11 fevralında imzalanmış bu kitabın 92 min – 120 min ABŞ dolları arasında satılacağı təxmin edilir. Bu, “Joyce-un arvadı Noraya həmin ilin 2 fevralında imzalayaraq bağışladığı Ulysses”dən sonra ikinci ən qədim nüsxədir.

Kitabları ədəbiyyat bazarına İrlandiyalı özəl kollektor verib.

Oxu zalı

XS
SM
MD
LG