Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:43

Marilyn Monroe doğrudan "Uliss" oxuyan olub?


Marilyn Monroe
Marilyn Monroe

-

1950-ci illərdə fotoqraf Eve Arnold məşhur aktrisa və model Marilyn Monroe-nun silsilə portretlərini yaratmışdı.

Həmin fotoların əksəriyyəti aktrisanın cəmiyyətə məlum obrazına - seks simvol obrazına uyğun idi. Amma istisna da vardı - 1955-ci ildə çəkilmiş foto(lar)da aktrisa məşhur irland yazıçısı James Joyce-un “Uliss” romanını oxuyur.

Bu hələ də mübahisə mövzusudur ki, Marilyn Monroe doğrudan da bu mürəkkəb və çətin qavranan romanı oxuyub anlayacaq səviyyədə bir şəxs olub, yoxsa bu onun imicini “intellektual səviyyəsi aşağı olan və başı ilə yox, bədəni ilə pul qazanan sıravi model, aktrisa” obrazını çərçivəsindən çıxarmaq cəhdi olub.

Evindəki kitabxana Marilyn Monroe-nun kitaba bağlı bir sənətçi olduğunu deməyə əsas verir. Amma fotoqraf Arnoldun həmin şəkli çəkəndən illər sonra söylədikləri buna şübhə oyadır:

“Biz Long İreland-dakı çimərlikdə fotosessiyalar çəkirdik. O zaman o şair Norman Rosten-in evinə gedib-gəlirdi… Mən onu gətirməyə gedəndə həmin vaxt nə mütaliə etdiyini soruşdum (Bilmək istəyirdim ki, boş vaxtını necə keçirir). O dedi ki, maşınında olan kitab “Uliss” romanıdır və onu uzun müddətdir ki oxuyur. Dedi ki, kitabın səslənişini xoşlayır, onu ucadan oxuyur və anlamağa çalışır, amma bu onun üçün çətindir, kitabı ardıcıl oxuya bilmir. Biz maşını saxlayıb uşaq meydançasında şəkillər çəkməyə hazırlaşanda, mən plyonkanı hazırlayanda o, kitabı çıxarıb oxumağa başladı. Əlbəttə ki, mən onun şəklini bu poza da çəkdim”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG