Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 19:40

AzadllıqLive - Fətva:"Avropa Oyunları iştirakçısı oruc tutmaya bilər"

AzadliqLive-da iyunun 17-də bu və digər mövzuları müzakirə edirik

13:18 19.6.2015

"Sovetski"də evi sökülənlərə mənzil verilir

Nərimanov rayonunda 2 binada hər birinin ümumi sahəsi 45 kvadratmetr olan 2 otaqlı 200 mənzil "Sovetski"də mənzil sahəsi 25 kvadratmetrdən az olan mənzil sahiblərinə veriləcək.(APA)

13:47 19.6.2015

"Oyunlar Bakıya baş bəlası olacaq"

Fransa Beynəlxalq Araşdırmalar Mərkəzi (CERI), Paris Siyasi Elmlər İnstitutunun eksperti Bayram Balçı «Yeni Müsavat»a deyib ki, Bakı ilə Qərb arasında bağlar tamamilə qopmaq həddinə yaxınlaşır. Avropa Oyunları "Azərbaycana baş bəlası olacaq".

14:12 19.6.2015

Bakıda velosipedçilərə qadağa

Milli.Az xəbər verir ki, bir neçə gündür Bakıda velosipedçiləri yol polisi saxlayaraq onlardan piyada səkisi ilə sürməyi tələb edir. Buna etiraz edəndə isə: "Nə vaxt velosiped xətti olar, onda sürərsən", - deyirlər.

14:39 19.6.2015

Azərbaycanda nə "narkobaron var, nə də "vorzakon"​"

DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov: Azərbaycanda nə "narkobaron" var, nə də "vorzakon". Onların kökü 1994-cü ildə kəsilib.

Davamı

XS
SM
MD
LG