BMT Insan Haqları Şurasının sərbəst toplaşmaq və birləşmək azadlığı üzrə xüsusi məruzəçisi Maina Kiai:
Dünən mən Azərbaycan missiyasının üzvü ilə görüşdüm. O, bizim Avropa Oyunları ərəfəsində verdiyimiz bəyanatla bağlı məsələ qaldırdı, dedi ki, bəyanat siyasi xarakterli idi. Xeyr, o bəyanat siyasi deyildi. Bu, insan haqları məsələsidir.
İnsan haqları Avropa Oyunlarına görə dayanmamalıdır. Bundan başqa biz gərək bu cür tədbirlər olanda insan haqlarına diqqətimizi daha da artıraq.
İnsan haqları siyasi məsələ deyil. Bizim siyasi mövqeyimiz yoxdur. Bizim üçün önəmli olan yeganə məsələ insan haqlarının qorunmasıdır.
Gəlin Azərbaycanda vergidən yayınma cinayətlərinə baxaq. Maraqlıdır ki, bu ittihamla həbs olunan insanlar hökumətin siyasətinə qarşı çıxanlardır. Ola bilməz ki, bu tip cinayəti törədənlər eyni cür adamlardır.
Kiminsə hakimiyyətin siyasətinə qarşı çıxıb-çıxmamasını təftiş etmək bizim mandatımıza uyğun deyil. Bizim mandatımıza uyğun olan odur ki, insan haqları qorunsun.
Çili-Meksika 3:3
Bu gün Çilidə Cənubi Amerika birinciliyində Argentina-Uruqvay oyunudur. Çili-Meksika matçı isə 3:3 qurtarıb.
Masassılıda ziyalılar aclıq edir
Masallıda "hər evdə aclıq aksiyası" kampaniyası gedir. Bir qrup ziyalı bununla icra hakiminin qanunsuz hesab etdikləri hərəkətlərinə etirazlarını bildirir."Toplaşamağa yerimiz yoxdur, ona görə hərə öz evində keçirir"