Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:15

AzadllıqLive - Fətva:"Avropa Oyunları iştirakçısı oruc tutmaya bilər"

AzadliqLive-da iyunun 17-də bu və digər mövzuları müzakirə edirik

14:58 15.6.2015

Bakı zooparkı Tbilisi zooparkına yardım təklif edir

“Bakı Zooparkı Gürcüstanda dağılmış zooparkın heyvanlarını müvəqqəti qəbul etməyə hazırdır”.Bunu AzVision.az-a Bakı zooparkının direktoru Azər Hüseynov deyib.

15:05 15.6.2015

OCCRP Londonda İlham Əliyevin imarətini aşkar etdiyini bildirir

Mütəşəkkil Cinayətlərin və Korrupsiyanın Araşdırılması layihəsi- OCCRP Londonda İlham Əliyev ailəsinə məxsus 25 milyon dollarlıq imarət aşkar etdiyini iddia edir. Qonşuluqda Arsenal futbol klubunun sahiblərindən biri Alisher Usmanovun imarətidir.

15:32 15.6.2015

Yeni qrant qaydaları donorların da Azərbaycanda gəlib, qeydiyyatdan keçməsini tələb edir

Hüquqşünas Ələsgər Məmmədli Nazirlər Kabinetinin yeni təsdiqlədiyi "Qrant müqavilələrinin qeydə alınması" qaydalarını belə şərh edir: bu qaydalar təkcə yerli təşkilatların yox, həm də donorların Azərbaycanda qeydiyyatını tələb edir:"Xarici donorların bir çoxu o qədər sənəd toplayıb, gəlib Azərbaycanda qeydiyyatdan keçmək həvəsində olmaya bilərlər".

17:23 15.6.2015

Lady Gaga "demokratiya istəmədi"

Lady Gaga John Lennonun "İmagine" mahnısını oxuyanda öz sözlərini əlavə edirdi ki, "Mən həqiqi demokratiya istəyirəm". Bakıda o,özünün bu əlavəsini oxumadı

Davamı

XS
SM
MD
LG