ARDNŞ "Qazprombank"dan 489 milyon dollar kredit alır
Kredit polipropilen və polietilen istehsal edəcək "SOCAR Polymer" zavodunun inşasına verilir
Helsinkidə 19 saat oruc tuturlar,Keyptaunda 10 saat
Yer kürəsinin şimalında və cənubunda günün uzunluğu müxtəlifdir. Ona görə də məsələn, bu gün Finlyandiyanın paytaxtı Helsinkidə oruc tutmağın uzunluğu 19 saatdır, Cənubi Afrikanın Keyptaun şəhərində isə 10 saatdır. Azərbaycanda - 17 saatdır.
"Paralar Azərbaycanda hazır"
Türkiyənin müxalifət partiyası CHP-nin baş katibi Gürsel Tekin Sözcü saytına deyib ki, AKP təkbaşına iqtidar olmaq üçün hər şey edə bilər, "Paralar Qətərdə , Azərbaycanda hazır. Haram iş adamları bu işə hazır". " Parlamentdə 258 yer alan AKP-yə təkbaşına iqtidar olmağa 18 deputat çatmır, "ən çox qorxulan senariyə görə", AKP 18 deputataı qıraqdan öz tərəfinə çəkə bilər. Tekin deyir ki, "heç kim namusunu satmayacaq"
Azərbaycanda nə "narkobaron var, nə də "vorzakon""
DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov: Azərbaycanda nə "narkobaron" var, nə də "vorzakon". Onların kökü 1994-cü ildə kəsilib.