Cenevrədən:
International Media Support-un Proqram rəhbəri Gülnarə Axundova:Azərbaycanda icra olunacaq bütün layihələr Ədliyyə Nazirliyinə göndərilir. Əlbəttə ki, insan haqları, demokratiya ilə bağlı layihələr geri qaytarılır, təsdiq olunmur.
Bütün tövsiyələrə baxmayaraq, Azərbaycan QHT lər üçün qaydaları sərtləşdirib və ölkədə müstəqil, tənqidi fəaliyyət mümkün deyil.
Cenevrədən:
Jurnalist Idrak Abbasov: Ölkədə müstəqil qəzet demək olar ki, qalmayıb. Vəziyyət çox qorxuludur. İctimai fəallara ölkədən çıxış qadağası qoyulub. Seçkidən əvvəl təzyiqlər daha da artıb.
Gülnarə Axundova: Azərbaycanda baş verənlər Misir hadisələrini xatırladır.
25 yaşlı azərbaycanlının dizayn etdiyi avtomobil
25 yaşlı Samir Sadıqovun dizayn etdiyi “Beast” (vəhşi) modeli iyunun 15-dən satışa çıxarılıb.Onun “Xəzri” adı ilə dizayn etdiyi avtomobil isə "Ferrari 2011 Beynəlxalq Dizayn Müsabiqəsi"də ikinci yeri tutmuşdu.
Cenevrə dinləmələrində
Dinarə Yunus: "Mənim üçün ən dəhşətlisi valideynlərim həbsdə ölə bilərlər".