Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 04:38

Qəzzanın Misirlə sərhədi üç günlüyə açılıb

-

Qəzzanın İsrailin nəzarətində olmayan Refahdakı sərhəd çıxışı açılıb.

Bu, Misir hökuməti ilə münasibətlərin yaxınlaşması kimi qiymətləndirilir.

Sərhədin bu hissəsi 3 gün ərzində 6 saatlığa ikitərəfli açıq qalacaq.

Artıq 15 min fələstinli Misirə keçmək üçün müraciət edib. Onların çoxu müalicəyə ehtiyacı olanlar və tələbələrdir. Səlahiyyətli şəxslər müraciət edənlərdən ancaq 1500 nəfərin sərhədi keçə biləcəyini bildirib.

Bundan iki həftə əvvəl Misir sərhədi təktrəfli açmışdı.

This item is part of
XS
SM
MD
LG