Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 19:05

Ukrayna borc moratoriumundan danışır


Natalia Yaresko

Ukrayna rəsmisi iyunun 10-da xəbərdarlıq edib ki, kreditorlarla borcların restrukturizasiyası üzrə razılıq əldə olunanadək ölkənin borcları üzərinə moratorium qoya bilər

-

Ukrayna rəsmisi iyunun 10-da xəbərdarlıq edib ki, kreditorlarla borcların restrukturizasiyası üzrə razılıq əldə olunanadək ölkənin borcları üzərinə moratorium qoya bilər. Ukrayna parlamenti ötən ay qanun qəbul edib, hökumətə icazə verib ki, lazım gələrsə, xarici borclar üzərinə moratorium qoysun.

“Məncə, elə də çox vaxtımız yoxdur,” Ukraynanın maliyyə naziri Natalia Yaresko Vaşinqtonda jurnalistlərə deyib. O, borc danışıqlarının bu yay da davam edib-etməyəcəyi barədə suala cavab verib.

“Bu baxımdan, borcların balansına təzyiqləri azaltmaq üçün digər alətlərdən istifadə edərdim, moratoriumdan,” o, deyib.

Yaresko Ukraynanın baş naziri Arseny Yatsenyuk-la bu həftə Vaşinqtonda səfərdədirlər. Onlar Beynəlxalq Valyuta Fondu ilə görüşür, Ukraynaya sərmayə cəlb etməyə çalışır, ABŞ rəsmilərindən daha çox iqtisadi və hərbi dəstək istəyirlər.

XS
SM
MD
LG