Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

M. Zeynalova: “Bəzi qadınlar söyüşü də əzizləmə sayırlar”


Arxiv fotosu: Facebook-da qadınlara zorakılığa qarşı kampaniyadan görüntü.
Arxiv fotosu: Facebook-da qadınlara zorakılığa qarşı kampaniyadan görüntü.

.

Gözlə

No media source currently available

0:00 0:03:45 0:00
Direct-ə keçid

QADINLARA QARŞI CİNAYƏTLƏR 5 DƏFƏ ARTIB

Bu ilin əvvəlində qadınlara qarşı cinayətlərin sayı təxminən 5 dəfə artıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA informasiya agentliyinə verilən məlumata görə bu ilin ilk 3 ayında 567 bu cür cinayət törədilib. Müqayisə üçün qeyd edək ki, Daxili İşlər Nazirliyi ötən ilin eyni rübündə qadınlara qarşı cinayətlərin sayının indikindən 5 dəfə az - 109 oldğunu bildirir.

Builki cinayətlərin 167-i qısqanclıq və ailə münaqişəsi zəminində baş verib. Əsasən iş yerləri, cəmiyyətdə qadınlara qarşı zorakılıqlar artıb.

Bu ayın əvvəlindəBakıda 11-ci sinif şagirdi Aytac Babayevanı keçmiş sevgilisi küçədə səkkiz bıçaq zərbəsi ilə öldürmüşü. Hadisədə təqsirli bilinən 20 yaşlı İzzət Hüseynov ifadəsində Aytacı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib.

Bu hadisə cəmiyyətdə böyük rezonansa səbəb olmuşdu. Bununla bağlı sosial şəbəkələrdə aparılan müzakirələr zamanı Azərbaycanda qadınlara qarşı şiddət olayları pislənmişdi.

Bu ilin martında Bakıda Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı olduğu iddia edilən gənc xanımı iki oğlanın döyməsi barədə də video yayılmışdı.

Bu məsələ də böyük müzakirəyə səbəb olmuşdu. O zaman Hamlet İsaxanlı və qızı gənclərin döydüyü xanımın onlara aidiyyatı olmadığı bildirsələr də bu hadisə də böyük müzakirələrə səbəb oldu, gənclərdən biri 2 aylığa həbs edildi.

Mehriban Zeynalova
Mehriban Zeynalova

NAMUS CİNAYƏTLƏRİ ÇOXALIR, AMMA BU BƏHANƏ OLA BİLƏR...

“Təmiz Dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova bildirir ki, zorakılıqların əksəriyyəti qadınların evdə öldürülməsi ilə bağlıdır:

“Qız uşağının ana bətnində məhv edilməsi ölkədə qadınlara münasibətin göstəricisidir. Zorakılıq cinayətlərinin böyük hissəsi evdə öldürülən qadınlarla bağlıdır. Əgər, Cinayət Məcəlləsində məişət zorakılığı ilə bağlı maddə olsaydı, statistika daha çox dəqiq olardı.

Hazırda namus cinayətləri çox aktuallaşıb. Qadınların əksəriyyəti namus bəhanəsi ilə qətlə yetirilir. Bu da əslində daha çox məsuliyyətdən yaxa qurtarmaq, guya ictimai bəraət qazanmaq cəhdidir.

Zorakılıqların qeydə alınmamasının bir səbəbi də qadınların evdən çıxa, polisə müraciət edə bilməməsidir. Bu da onda irəli gəlir ki, qadınlar iqtisadi cəhətdən asılıdır. Ancaq, son vaxtlar zorakılığa etiraz edən qadınların evdən qaçma hallarına da rast gəlinir”

SÖYÜŞÜ DƏ ƏZİZLƏMƏ KİMİ QƏBUL EDƏNLƏR VAR...

Mehriban Zeynalova bildirir ki, qanunun işləməsinə mane olan amillərdən biri də cəmiyyətin zorakılıq hallarını dəstəkləməsidir:

“Bu halları dəstəkləyənlərin əksəriyyəti elə qadınların özləridir. Bunun da psixoloji səbəbləri var. Yəni, mən yaxşı qadınam, zorakılığa məruz qalan günahkar. Bu, qadınların özünümüdafiə davranışıdır.

Namus cinayətlərinin qarşısını almaq lazımdır. Bu problem mədəni səviyyənin aşağı olması ilə bağlıdır.

Psixoloji zorakılığı da müxtəlif cür qəbul edənlər var. Elə qadınlar var ki, bəzi hərəkətləri özlərinə qarşı zorakılıq saymır. Bu cür qadınların bəzisi məsələn, söyüşü də əzizləmə kimi qəbul edir”.

XS
SM
MD
LG