Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 20:24

-

Bakıda avtomobilləri yandıran şəxs tutulub.

Məlumatı apa yayıb.

Bildirilir ki, Qaraçuxurda 20-dək avtomobili yandırmaqda şübhəli bilinən, 1979-cu il təvəllüdlü Səfər Mahmudov saxlanılıb.

Məlumata görə, S.Mahmudovun kriminal aləmlə yaxın əlaqələri var. O, bu aləmdə «Dəli Səfər» ləqəbi ilə tanınır.

Qaraçuxur qəsəbəsində sonuncu dəfə 4 avtomobil iyunun 5-də yandırılmışdı.

Bu barədə AzadlıqRadiosuna sakinlər məlumat vermişdi. Bildirmişdilər ki, Suraxanı rayonunda əvvəllər də belə hadisələr olub və onlar sonuncu olaydan polisə şikayət ediblər.

XS
SM
MD
LG