Keçid linkləri

2025, 19 İyun, Cümə axşamı, Bakı vaxtı 12:37

Qaraçuxurda 4 maşın yandırıldı


Yandırılan maşınlardan biri
Yandırılan maşınlardan biri

-

İyunun 5-də Bakının Qaraçuxur qəsəbəsində 4 avtomobil yandırılıb.

Sakinlərdən biri AzadliqRadiosuna bildirib ki, hadisə səhər saatlarında baş verib. Polisə şikayət ediblər.

Suraxanı rayonunda belə hadisələr əvvəllər də qeydə alınıb.

Yanğınların hansı məqsədlə və kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Suraxanı rayon Polis İdarəsi və hadisənin baş verdiyi ərazidə yerləşən 32 saylı polis bölməsindən bu haqda məlumatsız olduqlarını söylədilər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən isə Avropa Oyunları ərəfəsində bu cür məlumatlarla cəmiyyətdə təşviş yaratmamağı məsləhət gördülər.

XS
SM
MD
LG