-
«Quş qripi» xəstəliyi ilə bağlı keçirilən monitorinq zamanı götürülən nümunələrdə xəstəlik daşıyıcısı aşkarlanmayıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti məlumat yayıb.
Bildirilir ki, iyunun 1-dən ölkə ərazisində başlanmış monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 20 baş çöl quşunun patoloji materialları və 1471 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Onların heç birində «quş qripi» xəstəliyinin törədicisi müəyyən edilməyib.
Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin payız fəslində aparılması nəzərdə tutulur.