Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Cəhənnəm - başqa adamdır


-

Yazıçı Sartrın "Çıxış yoxdur" pyesilə fizik Yefimovun eksperimenti eyni nəticəni göstərib

Savaşmağa, amma ayrıla bilməməyə məhkum

"Paris Review" jurnalının gündəlik bloqu "Fakt" başlığı altında maraqlı bir məsələyə diqqət çəkib:

Elm də ədəbiyyatla eyni nəticəyə gəlib: Cəhənnəm - başqa adamlardır.

Ədəbiyyat deyərkən fransız ekzistensialisti J.P.Sartrın “Çıxış yoxdur” (1943) pyesi nəzərdə tutulur. Elm deyərkən isə rus alimi V.Yefimovun bir kəşfi.

Pyesdə üç günahkar adam cəhənnəmdə bir otağa salınır, onların cəzası bir-birləridir. Bir otağa məhkum olan bu üç adamın həm də bir-birlərinə məhkumdurlar. Onlar əvvəlcə günahsız olduqlarını sübut etməyə çalışırlar, mübahisə edirlər, sonra qərara gəlirlər keçmiş günahlarını etiraf etsinlər ki, bir-birlərindən nə gözləməli olduqlarını bilsinlər.

Jozef arvadına xəyanət edib. İnes öz xalaoğlusunun arvadını yoldan çıxarıb, xalası oğlu özünü öldürüb. Estella öz uşağını öldürüb, uşağın atasını intihar həddinə çatdırıb.

Günahlarını etiraf edəndən sonra onların arasında mürəkkəb münasibətlər, mübahisələr yaranır. Josef dəfələrlə qapını açmağa cəhd edir ki, oradan çıxsın, qapı açılmır.

Birdən heç gözlənilmədən açılır qapı, onda isə Jozef qaçmaq istəmir. Artıq onların münasibətləri elə həddə çatıb ki, heç biri o münasibəti həll etmədən getmək istəmir. Məsələn, Josef deyir ki, İnes onun dediklərinə inanmasa heç yana gedən deyil.

Hər şey gərginləşdikcə gərginləşir.

Estella kağız bıçaqla İnes-i vurmağa başlayır. Amma onlar artıq ölü olduqlarına görə öldürə bilmirlər bir-birini. Sonda Josef səhnəni belə yekunlaşdırır: Cəhənnəm – başqa adamlardır.

Bu məsələ təkcə adamlara yox, fiziki hissəciklərə də aid imiş.

Gənc rus alimi Vitali Yefimov 1970-ci illərdə üç atomu (bozon) ən aşağı temperatura qədər soyudub, onların üçü bir-birilə “savaşmağa”, eyni zamanda qopa bilməməyə məhkum olub.

O vaxt Yefimova heç kəs inanmayıb. "Yefimov vəziyyəti" adlanan bu hadisə təxminən 40 ildən sonra, 2006-cı ildə təsdiq olunub.

Üç hissəciyə bəlkə də Josef, Ines və Estella adları vermək olar, amma hansının Jozef, hansının İnes, hansının Estella olduğunu haradan biləcəksən...

XS
SM
MD
LG