Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:46

Buraxılış imtahanlarının nəticələri açıqlanıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycanda keçirilən növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb.

İmtahan iyunun 6-da Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilib.

Nəticələr TQDK-nın internet səhifəsində yerləşdirilib.

Nəticələrlə iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə də tanış olmaq olar.

TQDK kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə onu çatdırır ki, ümumi (9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

V qrup üzrə müsabiqə şərtləri 2 saylı «Abituriyent» jurnalında verilib.

XS
SM
MD
LG