Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 07:13

MHP-çilərlə AKP-çilər dava salıb...


-

Huriyyet.com-un yazdığına görə, saxta səs verildiyini iddia edən MHP-nin bir qrup tərəfdarı ilə AKP-çilər arasında dava düşüb. Davaya müdaxilə edən polis bibər qazından istifadə etməli olub.

MHP seçki siyahılarına sonradan əlavə olunan 6 nəfərin əslində hadisə baş verən məntəqədə səsvermə hüququnun olmadığını iddia edib. Onların səsverməsinə mane olmağa çalışıblar. Bu cəhd davaya səbəb olduğundan məntəqəyə çoxsaylı polis çağırılıb. Hadisə yerinə gələn polis elə məntəqənin yerləşdiyi məktəb binasının dəhlizində bibər qazından istifadə edib.

XS
SM
MD
LG