Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Alman atletlər Bakını siyasi məhbusları azad etməyə çağırdı


Angela Merkel
Angela Merkel

-

«Frankfurter Allgemeine Zeitung» qəzeti yazır ki, Almaniyadan Bakı Avropa Oyunlarına qatılacaq atletlər Bakını siyasi məhbusları azadlığa buraxmağa, insan haqlarına hörmət etməyə çağırıblar.

Bu haqda Almaniya Milli Olimpiya Komitəsinin sözçüsü Christian Schreiber bildirib. O, idmançıların bununla BMT-nin xüsusi məruzəçisi Michel Forst-un eyni məzmunlu bəyanatına dəstək olduqlarını deyib.

​BMT məruzəçisi Azərbaycanda insan haqlarının amansızcasına pozulduğunu yazıb.

MERKEL GƏLMİR

Almaniya kansleri Angela Merkel Avropa Oyunlarının açılışında Bakıya gəlməyəcək. Bu haqda isə Almaniyanın «Tagesspiegel» qəzeti xəbər verir.

Xəbərdə deyilir ki, idman sahəsinə nəzarət edən daxili işlər naziri Thomas de Maizière də Bakıya səfərini təxirə salıb. Almaniyanın prezidenti Joachim Gauck-un isə həmin gün Berlində görüşləri var.

«Tagesspiegel» səfərin niyə təxirə salındığı haqda yazmır, amma qeyd edir ki, olimpiada kimi böyük tədbirlərə, bir qayda olaraq, Almaniya kansleri, baş naziri kimi yüksəkvəzifəli şəxsləri gedir.

Keçən il A.Merkel Soçidə keçirilən Qış Olimpiya Oyunlarına da qatılmamışdı. Həmin ərəfədə Rusiya və Ukrayna müharibə şəraitində idi. Hərçənd 2012-ci ildə London olimpiadasında Almaniya prezidenti VIP lojada oturmuşdu.

Qəzet xatırladır ki, Azərbaycanda həbsdə 100-dək müxalif fəal, jurnalist, insan haqları müdafiəçisi var.

XS
SM
MD
LG