Keçid linkləri

2025, 23 May, Cümə, Bakı vaxtı 07:11

«Şərqi Azəri» yatağından neft hasilatına başlandı


«Şərqi Azəri» platformasından neft səhər saat 4-də Səngəçal terminalına çatıb
«Şərqi Azəri» platformasından neft səhər saat 4-də Səngəçal terminalına çatıb

«Şərqi Azəri» platformasından neft hasilatı 2006-cı il oktyabrın 21-də başlanıb. Sutkalıq hasilat 75 min barel (10 min tona yaxın) təşkil edir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) yaydığı məlumata görə, şirkət bu yataqdan hasilata nəzərdə tutulduğundan 4 ay tez başlaya bilib.


«Şərqi Azəri» dəniz platformasından maksimal stabil hasilat zamanı sutkada 260 000 barel neft hasil ediləcək. Bununla da, «Qərbi», «Mərkəzi» və «Şərqi Azəri» yataqlarında ümumi sutkalıq hasilat 800 000 barelə çatacaq.


1994-cü ildə imzalanan «Əsrin Müqaviləsi» çərçivəsində Azəri-Çıraq-Günəşli yataqlarından 30 il ərzində 5,4 milyard barel neft hasil ediləcək. Yataqların işlənməsi bir neçə fazada həyata keçirilir. Sonuncu faza «Günəşli»nin dərin sulu hissəsinin işlənməsi olacaq və bu işlərə 2008-ci ildə başlanacaq.


ABƏŞ bu vaxta kimi «Azəri» layihəsinə 6 milyard 399 milyon dollar həcmində vəsait xərcləyib.


XS
SM
MD
LG