Keçid linkləri

2025, 19 İyun, Cümə axşamı, Bakı vaxtı 22:22

«Rast» zalında «Bakı simfoniyası» səslənəcək


«Bakı simfoniyası»
«Bakı simfoniyası»

-

İyunun 5-də saat 19:00-da «Four Seasons» otelinin «Rast» zalında Avropa Oyunları ərəfəsində Bakının mədəni irsinə həsr edilmiş «Bakı simfoniyası» adlı kitabın təqdimat mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, kitab bu qurumun, Xarici İşlər Nazirliyinin, «Paşa Həyat Sığorta» şirkətinin təşkilatçılığı və «Silk Way» şirkətinin dəstəyi ilə «IRS Publishing House» tərəfindən hazırlanıb.

Layihənin məqsədi Azərbaycanın keçmişi və bugünkü mənzərəsinin canlandırılması, eləcə də ölkənin çoxsaylı mədəniyyət abidələrinin beynəlxalq miqyasda tanıdılmasıdır.

Artıq layihənin bir neçə kitabı – «Qədim Qalanın Yuxuları», «Qobustan - minilliklər kitabı», UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş «İçərişəhər» və Azərbaycanın qayaüstü sənətinə həsr olunmuş nəşrlər işıq üzü görüb.

XS
SM
MD
LG