Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 07:09

Bakı-2015 Avropa Oyunları Rusiyada da yayımlanacaq


Baku 2015 logo

"Bakı-2015" Avropa Oyunları iyunun 3-də Rusiyanın “Rossiya” televiziya kanalı ilə müqavilə imzalayıb.

Yarışın Təşkilat Komitəsindən Qol.Az-a verilən məlumata görə, bununla kanal ölkədə birinci Avropa Oyunlarını həm ödənişsiz yayım şəbəkəsi, həm də kabel televiziyası ilə yaymaq hüququ qazanıb.

“Rossiya 2” (ödənişsiz yayım), “Sport”, “Sport 1” və “Döyüş klubu” (kabel televiziyası) kanalları birlikdə gündəlik 10 saatlıq veriliş yayacaqlar.

Bundan başqa Rusiyanın iki aparıcı idman veb səhifəsi - vesti.ru və sportbox.ru da Oyunların onlayn yayımını keçirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG