Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:24

FIFA prezidenti Sepp Blatter istefasını elan etdi


Sepp Blatter qısa bəyanatdan sonra istefaya gedir.
Sepp Blatter qısa bəyanatdan sonra istefaya gedir.

Dünya futboluna rəhbərlik edən qurumun başçısı, 79 yaşlı Sepp Blatter istefasını elan edib.

Dünya futboluna rəhbərlik edən qurumun başçısı, 79 yaşlı Sepp Blatter istefasını elan edib.

O deyib ki, yeni prezidentin seçilməsi üçün fövqəladə konqres çağırılacaq.

Blatter Avropanın futbol dairələrindəki narazılaqlara baxmayaraq ötən cümə günü 5-ci müddətə FİFA prezidenti seçilmişdi.

Bu hadisə FİFA-nın Sürixdəki ofisinə polis reydindən və təşkilatın bir neçə keçmiş və indiki məsul işçilərinin səs-küylü habslərindən iki gün sonra baş vermişdi.

ABŞ Ədliyyə Nazirliyi FİFA-ya qarşı cinayət işi qaldırsa da, Blatter israrla onun təşkilatında baş verdiyi iddia olunan korrupsiya hallarından xəbərsiz olduğunu deyirdi.

Lakin indi Blatter etiraf edib ki, onu beşinci dəfə seçmiş konqresin mandatını qazana bilsə də, dünya futbol icmasının mandatını qazanmayıb.

Sepp Blatterin istefasını ən çox UEFA və Avropa ölkələrinin futbol federasiyaları tələb edirdilər və hətta növbəti dünya çempionatının boykot edilə biləcəyinə dair söhbətlər dolaşırdı.

FİFA-dakı korrupsiya halları barədə xəbərləri ilk olaraq Britaniya mətbuatı faş edib.

Blatterin gedişi heç şübhəsiz İngiltərə futbol icmasını sevindirib.

XS
SM
MD
LG