Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 23:22

ABŞ səfiri ölkəsinin Azərbaycanla yaxından əməkdaşlıq etdiyini deyir


Robert Cekuta

"ABŞ Azərbaycanla enerji, təhlükəsizlik və iqtisadi sahələrdə sıx əməkdaşlıq edir".

APA-nın mәlumatına görә, bunu ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Cekuta deyib.

O bildirib ki, bu əməkdaşlıqda әsas məqsəd Azərbaycanın sabit, çiçəklənən, inkişaf edən və demokratik bir ölkəyə çevrməkdir.

Səfir qeyd edib ki,ABŞ-la Azərbaycan arasında 20 ildən çoxdur ki, münasibətlər var və Vaşinqtonneft və qaz resurslarının hasilatı və nəqli məsələsində Azərbaycana kömək edir.

Robert Cekuta bildirib ki, biz bu sahədə çox yaxından əməkdaşlıq edir və Azərbaycanın bu işdə oynadığı rolu çox yüksək qiymətləndiririk.

XS
SM
MD
LG