Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:05

Avropa Oyunlarına bilet əldə etmiş əcnəbilər aeroportda viza ala biləcəklər


Foto illüstrasiya
Foto illüstrasiya

-

İyunun 2-dən başlayaraq I Avropa Oyunlarına bilet əldə etmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər viza ala biləcəklər.

Bunun üçün onlar Azərbaycanın Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrinə müraciət etməlidirlər.

Bu haqda prezidentin I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında 8 avqust 2014-cü il tarixli sərəncamında deyilir.

Viza üçün müraciət etdikdə, Avropa Oyunlarına bileti və ya biletin əldə olunmasını təsdiq edən sənəd təqdim olunmalıdır.

I Avropa Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb olunan və akkreditasiyadan keçmiş əcnəbilər, eləcə də xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinə Avropa Oyunları ilə bağlı Azərbaycana gələn şəxslərə ölkənin beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili məsələlərini həll etmək tapşırılıb.

XS
SM
MD
LG