Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 07:53

AzadliqLive - Zlatan İbrahimoviç Qafqaz dağlarında- 2 foto

AzadliqLiveTV-də iyunun 5-də bu və digər mövzuları müzakirə edirik

19:14 4.6.2015

Diplomatın etik sərhəddi harda bitir?

Arif Məmmədovun ritorik sualına yox, hələ ki, onun statuslarına cavablar gəlir.Keçmiş diplomat Fikrət Sadıqov deyir ki, diplomatiya sahəsində bütün ölkələr üçün xarakterik etik çərçivələr var: “Diplomatiyada protokol qaydaları var. Buna hər kəs riayət etməlidir. Diplomat bir dövlətin təmsilçisidir və onun istənilən platformada verdiyi bəyanat dövlətin mövqeyi kimi səslənir. O, şəxsi fikirlərini yalnız ailəsində, yaxınlarının yanında səsləndirə bilər”.Fikrət Sadıqov əlavə edir ki, səfir dövlətin siyasəti ilə razılaşmırsa, hansısa nöqsan bildiyi hallarla rastlaşırsa, onda ya postundan istefa verməlidir, ya da narazılığını mənsub olduğu qurumun iclaslarında, rəsmi toplantılarında bildirməlidir. AzadlıqLive-da

17:22 4.6.2015

FİFA-nın keçmiş vitse-prezidenti:"Nə bilirəm, açıb-tökəcəyəm"

Beynəlxalq Futbol Federasiyasının keçmiş vitse-prezidenti Jack Warner televiziyaya müsahibəsində deyib ki, FİFA-da korrupsiya ilə bağlı nə bilir, açıb-tökəcək.O həmçinin öz həyatı ilə bağlı qorxu keçirdiyini deyib. ABŞ-ın korrupsiyada ittiham etdiyi 14 adamdan biri Warnerdir. O, FİFA-da korrupsiya qalmaqalı ilə bağlı bir sıra mühüm sənədləri istintaqa verib. Onlar arasında bu günlərdə FİFA prezidentliyindən istefa verdiyini elan edən Sepp Blatterə pul köçürmələri də var.

16:54 4.6.2015

Poroshenko:"Ukraynada 9 min Rusiya hərbçisi var"

Ukrayna prezidenti Petro Poroshenko bildirib ki, Ukrayna ərazisində dırnağadək silahlanmış 9 min Rusiya hərbçisi var. Cümə axşamı parlamentə ənənəvi illik hesabat verən prezident deyib ki, sərhəddə toplaşan Rusiya hərbi birləşmələri bir il əvvəlkindən 1,5 dəfə çoxdur.O əmin edir ki, Ukrayna "Rusiya təcavüzünün" qabağını alacaq. Onun sözlərinə görə, Ukrayna ordusunda 250 min adam var.

​

Davamı

​
XS
SM
MD
LG