Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 08:35

AzadliqLive - Zlatan İbrahimoviç Qafqaz dağlarında- 2 foto

AzadliqLiveTV-də iyunun 5-də bu və digər mövzuları müzakirə edirik

16:52 4.6.2015

Facebook-da müzakirə edirik. Müzakirələrə sən də qoşul fikirni yaz

15:33 4.6.2015

Yaponiya Qodzillaya şəxsiyyət vəsiqəsi verdi və Tokioda qeydiyyata aldı

Yapon filmlərinin məşhur dinozavrı Qodzilla Tokionun Sindzüku rayonunda qeydiyyata düşüb və ona şəxsiyyət vəsiqəsi verilib. Qodzilla 1954-cü ildə İsiro Hondanın filmində ilk dəfə peyda olandan sonra Yaponiya pop mədəniyyətinin tərkib hissəsinə çevrilib.

14:30 4.6.2015

Allahşükür Paşazadə Zaqatala və Şamaxıdakı bəzi dini icmalara xəbərdarlıq edir

İyunun 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib ki, Zaqatalanın Uzuntala kəndi başda olmaqla 4 kəndində, Şamaxının və Qobustanın 1 kəndində yerləşən məscidlərdəki dini icmalar qeydiyyatdan keçməyiblər və QMİ ilə heç bir əməkdaşlıq etmirlər:«Bizə bildirirlər ki, başqa yerə tabedirlər. Sən bu ölkədə yaşayırsansa, necə başqa yerə tabe ola bilərsən?! Onların fəaliyyəti nə Azərbaycan qanunlarına, nə də dini normalara uyğundur. Ona görə də, biz Dövlət Komitəsi qarşısında bu icmaların fəaliyyətinin dərhal dayandırılması məsələsini qaldırırıq».

​

13:17 4.6.2015

1993-cü ilin 4 iyun qiyamı

1993-cü ilin 4 iyununda Gəncədə milli ordunun hərbi hissəslərindən birinin ölkə rəhbərliyinə tabe olmaması az keçmiş hakimiyyətin devrilməsi ilə nəticələndi. Müstəqil hüquqşünasların fikrincə 1993-cü ilin iyununda baş verənlərin qiyam adlandırılması üçün daha ciddi əsaslar var.Hələ 1992-ci ilin fevralında prezident Əbülfəz Elçibəy 709 saylı hərbi hissənin ləğvi haqqında sərəncam vermişdi. Ancaq bu sərəncamı həmin hissəyə faktiki rəhbərlik edən Sürət Hüseynov icra etməkdən imtina etmişdi.O, nəinki sərəncamda qeyd edildiyinin əksinə olaraq Yevlax Yun Zavoduna rəhbərlik etməyə getmədi, üstəlik Kəlbəcərin işğalından sonra, prezidenti həmin hərbi hissənin bərpasına inandıra bildi.

Davamı

​
XS
SM
MD
LG