Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 09:20

AzadliqLive - Zlatan İbrahimoviç Qafqaz dağlarında- 2 foto

AzadliqLiveTV-də iyunun 5-də bu və digər mövzuları müzakirə edirik

13:09 4.6.2015

Səfirin «facebook» qeydləri hökuməti bir-birinə vurdu

Azərbaycanın Avropa İttifaqında nümayəndəliyinin rəhbəri (2000-2006), Avropa Şurasında daimi nümayəndəsi (2007-2012) olmuş, hazırda isə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında nümayəndəsi vəzifəsini daşıyan Arif Məmmədov «satqınçılıqda» və «xəyanətdə» ittiham olunur. Səbəb onun «facebook» səhifəsində yazdığı bir neçə qeyddir.

Bakıda mayın 19-da penoplast üzlüklü binada 15 nəfərin ölümü ilə nəticələnən yanğından sonra A.Məmmədov belə bir status paylaşıb:«Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbir versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbirli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar». AzadlıqLive-da

13:04 4.6.2015

Guardian : "Əliyev bir çırtmaya idman obyektlərinə 10 milyard dollar xərcləyir"

Guardian qəzetində Jules Boykoff adlı müəllif yazır: “Əliyev bircə çırtmayla idman qurğuları və infrastruktura 6.5 milyard funt-sterlinq (10 milyard dollar) xərcləyib. Hökumət bu rəqəmi yalanlayır. 482 milyon funt-sterlinqə stadion? Ala, çek. Sıfırdan salınmış beş obyekt? Problem yoxdur. Avtokratiyanın da öz üstünlükləri var. Kranlar hər şeyi vaxtında çatdırır. Əliyev 6 min atletin xərcini çəkməyə də boyun olub”.Qərb mediasının icmalı AzadlıqLive-da

13:00 4.6.2015

Eyni dərman bütün apteklərdə vahid qiymətə satılacaq

Baş nazir Artur Rəsizadə Azərbaycanda dərman preparatlarına vahid qiymət tətbiqini nəzərdə tutan sərəncam imzalayıb. Bu sərəncam qüvvəyə minəndən sonra dərmanlar Azərbaycanın bütün apteklərində vahid qiymətə satılacaq. Dərman qutularının üzərində onların qiyməti göstəriləcək. Bu yeniliyin tətbiqi zamanı Türkiyənin, Avropa ölkələrinin və bir çox başqa ölkələrin təcrübəsi əsas götürülüb. Apteklərdə dərmanlar necə satılır? AzadlıqLive-da

21:35 3.6.2015

AzadliqLive 3 iyun

Gözlə
Embed

No media source currently available

0:00 3:00:00 0:00

Davamı

​
XS
SM
MD
LG