"Kasıb gərək yolunu burdan salmasın"
Bulvarda “qiymətlər normal təbəqə üçün yaxşıdır, amma kasıb üçün bahadır. Attraksionların biri azı 2 manatdır. Uşaqlara 20 manat xərcləsən, bu, kasıbın 2 günlük qazancıdır”. Bulvarda əksər attraksionların 3 dəqiqəsi 2 manatdır.
Bakı sakini Rövşən: “Sadə çay ucuzdur, amma o biri bahadır. Mən sadə çayı 2 manata içdim, amma dəzgah gətirəndə çox baha olur, 17-20 manat. Əvvəl də 2 manatlıq yerlər var idi, amma indi oyunlara görə lap çoxaldıblar. Qoy həmişə 2 manatlıq çay olsun da. Camaat gəlsin, otursun içsin, bir az sərinləsin də”. AzadlıqLive-da
Kredit qalmaqalı uşaq bağçasına da gedib-çıxıb
Yerli sakinlərin dediyinə görə, Qazaxın Xanlıqlar kəndində bağça müdirəsi 100-dən çox adamı aldadaraq bankdan onların adına kreditlər götürüb, indi qaytarmaq istəmir. Aldadılan adamlar hazırda aclıq aksiyası keçirir, icra nümayəndəsinin müavini isə AzadlıqLive-a aclığın dayandırıldığını desə də, əlavə məlumat vermək istəmir.
Avropa Oyunları ilə bağlı pul nişanları buraxılıb
Azərbaycan Mərkəzi Bankı Avropa Oyunları ilə əlaqədar pul nişanları buraxıb.
Mərkəzi Bankın məlumatında deyilir ki, yüksək əyarlı müxtəlif qiymətli metallardan hazırlanmış xatirə pul nişanları Böyük Britaniyanın «The Royal Mint» Kral Sikkəxanasında hazırlanıb.
Pul nişanlarının dizayn mövzusu 5 idman növünə həsr olunub. Üz tərəfində hər bir idman növünün təsvirləri, arxa tərəfində isə Azərbaycanın gerbi, aypara və milli ornamentlər əks olunub.
Xatirə pul nişanlarının satışı kommersiya bankları və Avropa Oyunları üzrə satış məntəqələri vasitəsilə həyata keçirilir.
Şamaxıda zəlzələ olub http://t.co/Vh9rNpeknX via @radioazadliq #AzadliqLiveTV
— AzadliqRadiosu (@RadioAzadliq) 3.6.2015