Günəş birinci Avropa Oyunlarının seyrinə çıxdı
Baku 2015 European Games rəsmi Youtube səhifəsində belə bir animasiya hazırlanıb.
Hindistanda pilotlara yoqa məcburi olur
Hindistanın Dövlət şirkəti Air İndia işə götürülən bütün yeni pilotların və heyət üzvlərinin yoqa ilə məşğul olmasını məcburi edib. Bu yaxınlarda şirkətə 78 yeni pilot və 300 heyət üzvü götürülüb. Economic Time qəzeti yazır ki, şirkətin məlumatına görə, onlar hər gün səhər tezdən durub, 6:30-da yoqa məşğələlərinə getməlidirlər.
Hindistanda yoqa, ayurveda,hind təbabətini təşviq edən xüsusi nazirlik də var. Bu nazirlik 2014-cü ildə yaradılıb.
Facebook-da müzakirə edirik
Bakının bu ay bağlı olacaq yolları - SİYAHI
Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxtın bəzi yol və prospektləri bağlanır.
ANS PRESS-in məlumatına görə, iyunun 30-na qədər 5 küçə bütünlüklə avtomobillərin hərəkəti üçün bağlı olacaq.
Bağlanacaq küçələrdən ancaq həmin əraziya giriş üçün icazəsi olan şəxslər buraxılacaq. Həmin icazə isə qeyd edilən ünvanlarda yaşayan vətəndaşlara verilib.
Bakıda bağlanan yollar:
Mehdi Hüseyn küçəsi.
Teymur Elçin küçəsi.
Lermantov küçəsi.
Xanlar küçəsi.
Qurban Abbasov küçəsi.
Lermontov küçəsinin giriş və çıxışında yol polis patrulları növbə çəkəcəklər. Mehdi Hüseyn küçəsində isə yol polisilə bərabər Bakı Avropa Oyunları Təşkilatının nümayəndəsi növbədə olacaq.
Qeyd edək ki, iyunun 12-də oyunlara açılışla əlaqədar mərkəzi küçələrdən bəziləri də bağlanacaq. Həmin gün Mehdi Hüseyn küçəsi, Şeyx Şamil küçəsi, Bünyad Sərdarv küçəsi, Həsən Seyidbəyli küçəsi, Heydər Əliyev prospekti, Ziya Bünyadov prospekti (Olimpiya Stadionu ərazisinə yaxın olan sahə) vətəndaşların girişi üçün məhdudlaşdırılacaq.