43 iş adamı 110 milyon ödədi, buraxıldı
Azərbaycan Beynəlxalq Bankından götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün saxlanılmış iş adamlarından 43 nəfəri sərbəst buraxılıb. APA-nın məlumatına görə, onlar vaxtı keçmiş kredit borclarını ödədikdən sonra sərbəst buraxılıblar. Sərbəst buraxılmış iş adamlarının indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi miqdarı 110 milyon manatdır.
İlham Əliyev: “Azərbaycan Avropaya qaz nəqlində aparıcı rol oynayacaq”
Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edəcək “Cənub” qaz dəhlizinin reallaşmasında lider rolunu oynayır və onun reallaşmasına artıq başlanılıb. Dəhlizin əsas elementi - TANAP qaz kəməri üç il ərzində təhvil veriləcək və onunla Azərbaycan qazı Gürcüstan vasitəsilə Türkiyəyə nəql olunacaq. Bunu İlham Əliyev iyunun 2-də Bakıda Caspian Oil & Gas 2015 neft-qaz sərgisinin açılışında bildirib.
Azərbaycan dünyaya hansı imiclə çıxır?
«Azərbaycan iyunda ilk Avropa Oyunlarına ev sahibliyi edir. Paytaxt Bakı dünyaya hansı imicdə təqdim olunacaq? Qanunsuz həbsə atılmış onlarla jurnalist və fəal barədə nə yazılacaq?» - bunu CNN soruşur.
Diktaturasız gələcək
« bəzi diktaturalarda heç çat əlamətləri görünmür. İndi gördüklərimiz həddən artıq davamlı diktaturalardır», - Denver Universitetinin əməkdaşı Erica Chenoweth bunu BBC-yə deyir. «Məsələn, diktatura təyinatına uyğun gələn bəzi Afrika və Yaxın Şərq hökumətləri o qədər varlıdırlar ki, mövcudluqlarını qoruyub saxlaya bilirlər». Qərb mediasının icmalı AzadlıqLive-da